
Bu yolda təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq
0
0
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, bundan başqa, gecə saatlarında Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.
Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
0
0