Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 28-də Moskva prospektində yerləşən internet klubda Ramin Xudaverdiyevə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Elşad Əsgərov tutulub.
Araşdırma aparılır.