Telefon, paltar, pul oğruları saxlanıldı
05 iyun 2019 18:30 (UTC +04:00)

Telefon, paltar, pul oğruları saxlanıldı

0

 

Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən şəhər sakini T.Bəşirova məxsus avtomobildən 200 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş R.Tağıyev saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, faktla bağlı araşdırmalar aparılır.

 

 

Zərdab RPŞ əməkdaşları isə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 810 manat pul, 5500 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin yaxın qohumu olan L.Seyidova saxlayıblar. Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 814

Oxşar yazılar