Teleaparıcıya hücum edənlər tutuldu
29 iyul 2013 23:25 (UTC +04:00)

Teleaparıcıya hücum edənlər tutuldu

Tanınmış teleaparıcı İlham Mirzəyevə silahlı basqın etmiş qrup həbs edildi. Teleaparıcı ANS PRESS-ə açıqlamasında, keçən ayın ortalarında basqınına məruz qaldığı üzü maskalanmış 3 nəfərin artıq saxlanıldığını bildirib: "Haqq-ədalət yerini tapdı. Artıq ailəmlə birlikdə rahat nəfəs ala bilərəm. Ay yarım idi ev dustağı idik. Özümə görə yox, ən çox körpə balalarıma görə qorxurdum. Dövlətimə, Prezidentimə, Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna, Bakı Şəhər Prokurorluğuna, ümumiyyətlə bütün hüquq-mühafizə orqanlarına öz təşəkkürümü bildirirəm."

Teleaparıcı İlham Mirzəyevin hücuma məruz qalması ilə Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb. 
 
Xatırladaq ki, İlham Mirzəyev iyulun 14-də üzü maskalı 3 nəfərin silahlı basqınına məruz qalıb. Tanınmış teleaparıcısı İlham Mirzəyev axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən başqa bir avtomobildən 4 nəfər düşərək ona hücum edib. Tanınmamaq üçün üzlərini qrimləyən dəstə teleaparıcının özünü və ailəsini ölümlə hədələdikdən sonra sərbəst buraxıb. İlham Mirzəyev yaşadıqlarından şoka düşüb. Bu zaman yaxınlıqda olan şəxslər, aparıcıya yardım göstəriblər. 
 
Özünün və ailəsinin təhlükə altında olduğunu başa düşən İlham Mirzəyev dərhal yaşadığı ərazidəki Nərimanov rayon Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də, iş hadisənin baş verdiyi Yasamal Rayon Polis İdarəsinə göndərilib. İlham Mirzəyev şikayətində hücum edən şəxslərin silahlı olduğunu deyib. Teleaparıcı bununla yanaşı ölkə başçısına və dövlətin hüquq-mühafizə orqanlarına müraciət edərək özünün, həyat yoldaşının və iki azyaşlı uşağının təhlükəsizliyinin təmin edilməsini istəyib.
 
İlham Mirzəyevin peşə fəaliyyəti ilə bağlı, aparıcısı olduğu “Etibar edin” proqramına müraciət edən şikayətçiyə yardım etdiyi üçün təzyiqə məruz qaldığı bildirilir. Qarşı tərəf bundan qəzəblənərək teleaparıcını cəzalandırmağa qərar verib.
 
Qeyd edək ki, 47 yaşlı İlham Mirzəyevin 10 və 2 yaşlarında iki övladı var. Yaşananlar üzündən qorxu və təşviş içində olan ailə bu müddət ərzində yaşadıqları evi tərk etməyə qorxurdular
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557
avatar

Oxşar yazılar