Azərbaycanda tədrisi 6 günlük olan məktəblərdə noyabrın 11-i dərs günüdür.
Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, şənbə günü bayramla əlaqədar tətil olduğu üçün həftənin birinci günü 6 günlük olan məktəblərdə dərs keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda noyabrın 9-nun - Dövlət Bayrağı Gününün şənbə gününə düşməsi səbəbindən növbəti iş günü olan noyabrın 11-i qeyri-iş günü elan edilib. Beləliklə, noyabrın 9, 10 və 11-i Azərbaycanda qeyri-iş günləri olacaq.