Bakıda ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin dam örtüyü 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.