Sumqayıt şəhər prokuroru Dağlar Zeynalov vəzifəsindən azad olunub.
“Qafqazinfo”nun məlumatına görə, baş prokuror Zakir Qaralov bununla bağlı əmr imzalayıb.
D. Zeynalovun vəzifəsində 5 illik müddətinin başa çatdığı bildirilir.
Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiqləyib.