<span style="color:red;">AİLƏ DRAMI:  İntihar edən abituriyentin anası özünü öldürdü - <span style="color:red;">YENİLƏNİB
21 iyul 2018 17:35 (UTC +04:00)

AİLƏ DRAMI: İntihar edən abituriyentin anası özünü öldürdü - YENİLƏNİB

Sumqayıt şəhərində özünü oğlunun intihar etdiyi yerdə öldürən qadının adı məlum olub. Lent.az-ın Report-a istinadən məlumatına görə, 1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib.

 

Məlumat üçün bildirək ki, X.Rüstəmova bu ilin may ayının 15-də özünə həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır. Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi F.Rüstəmov  2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal tapladığı üçün özünü 14 mərtəbəli binanın damından ataraq intihar etmişdi.

 

 

*****

 

16:54

 

Sumqayıt şəhərində orta yaşlı qadın intihar edib.

Lent.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında baş verib.

Belə ki, hələlik adı məlum olmayan orta yaşlı qadın binanın damına çıxaraq özünü yerə atıb. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək edək ki, intihar edən qadın bir müddət əvvəl imtahanda bal toplaya bilməyərək özünü eyni yerdən atan gəncin anasıdır. Hazırda həmin qadının kimliyi müəyyən edilir.

 

Faktla bağlı araşdlrma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar