Sumqayıt şəhərində dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Sumqayıt şəhəri 45-ci məhəllə, ev 14, mənzil 95-də yaşayan 2000-ci il təvəllüdlü Şabanova Ceyran Bəhmən qızı 12-ci mərtəbədən yıxılıb. Yeniyetmə qız hadisə yerindəcə keçinib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. 14 yaşlı qızın bədbəxt hadisə nəticəsində yıxıldığı bildirilir.