Avtomobillərdən oğurladığı şeyləri geri qaytardı
25 iyul 2018 11:39 (UTC +04:00)

Avtomobillərdən oğurladığı şeyləri geri qaytardı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində “Toyota”, “Mercedes” və “Ford Tranzit” markalı 3 avtomobildən pul və mobil telefon

oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Həsənov saxlanılıb.

Polis əməkdaşları tərəfindən mobil telefon ondan maddi sübut kimi götürülüb, avtomobil sahiblərinə dəymiş maddi ziyan ödətdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar