Sumqayıtda "Karvan" ticarət mərkəzində etiraz aksiyası keçirilib
28 yanvar 2016 12:17 (UTC +04:00)

Sumqayıtda "Karvan" ticarət mərkəzində etiraz aksiyası keçirilib

Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzində sahibkarlar etiraz aksiyası keçirib. Lent.az xeberle.com saytına istinadən məlumat verir ki, səhər saatlarında başlayan aksiyaya səbəb ticarət mərkəzində icarə haqlarının çox olması ilə bağlıdır. Hadisə yerinə şəhər icra başçısının müavini Akif Quliyev, ticarət departamentinin məsul şəxsləri gəlib.

 

Bildirilir ki, artıq "Karvan" TM-in rəhbərliyi aksiyaçılara güzəştə gedib. Belə ki, icarədarlar növbəti 3 ay ərzində 50 faizlik güzəşt əldə edib və vergilərdən azad olunublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 125
avatar

Oxşar yazılar