Soyğunçuluqda şübhəli bilinən şəxs tutulub
01 iyul 2014 11:39 (UTC +04:00)

Soyğunçuluqda şübhəli bilinən şəxs tutulub

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, iyunun 25-də Bül-Bül prospektində naməlum şəxs Bakı şəhər sakini İsmayıl Orucovun fotoaparat ştativini, mobil telefon və içərisində 50 manat olan pul kisəsini əlindən alaraq qaçıb. Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, 31 yaşlı Rüfət Qəhrəmanov yaxalanıb.

 

Müəyyən olunub ki, R.Qəhrəmanov iyunun 26-da Neftçilər prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Yadigar Ağayevə məxsus «Kia» markalı avtomobildən də mobil telefon oğurlayıb.

 

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442
avatar

Oxşar yazılar