Son söz “Qarabağ”ındır - <span style="color:red;">PROQRAM
08 aprel 2014 18:57 (UTC +04:00)

Son söz “Qarabağ”ındır - PROQRAM

0

Futbol üzrə Topaz Premyer Liqasında XXX turun proqramı açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, turun bütün oyunları aprelin 12-də keçiriləcək.

 

5 oyundan 3-ü eyni saatda start götürəcək. Saat 15:00-da “Bakı” “Xəzər Lənkəran”ı, “Sumqayıt” “Simurq”u, “Qəbələ” isə AZAL-ı qəbul edəcək. “İnter”lə “Neftçi”ni üz-üzə gətirəcək paytaxt derbisi saat 17:00-da başlanacaq.

 

Tura isə lider “Qarabağ”la autsayderlərdən olan “Rəvan” arasındakı görüşlə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar