Hamilə qadın ərinin bu xahişinə görə  BOŞANDI
22 may 2024 12:09 (UTC +04:00)

Hamilə qadın ərinin bu xahişinə görə BOŞANDI

Hamilə qadın ərinin DNT testi verməsini xahiş etdiyinə görə boşanmaq qərarına gəlib. O, hekayəsini sosial şəbəkədə yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadının sözlərinə görə, o, həyat yoldaşı ilə 7 ildir ki, münasibətdədir. Əri ilə görüşməzdən əvvəl qadın bakirə olub. Onlar müsəlman olduqları üçün nikahdan əvvəl cinsi əlaqəyə girə bilməyiblər. “Mənə 20 yaşım olanda evlənmək təklifi etdi. 22 yaşım olanda evləndik” qadın deyib.

2023-cü ilin noyabrında qadın hamilə olduğunu öyrənir. Onun sözlərinə görə, əri əvvəlcə ata olacağına sevinsə də, bir müddət sonra hər şey dəyişib. Qadın qeyd edib ki, əri ona iş və ya ailə seçimi verib, həm də görünüşü ilə bağlı təhqiramiz ifadələr işlədib.

Artıq hamiləliyin yeddinci ayında qadın ərinin təzyiqi ilə davamlı olaraq ağlayıb. Nəticədə kişi ondan DNT atalıq testi verməsini tələb edib.

Hekayənin müəllifi belə bir müraciətdən sonra boşanma ərizəsi vermək qərarına gəldiyini etiraf edib. Bundan sonra o, övladı dünyaya gələnə qədər ərini görməyib. Əri sonradan onun yanına gəlib və yenidən DNT testi tələb etməyə başlayıb. Daha bir rədd cavabı eşidən kişi qohumlarına zəng edərək qadının onu aldatdığını iddia edib. “Mən sınaqdan keçirdim, o, ata idi, biz onun ailəsi idik. Mənə qayıtmağım üçün yalvarmağa başladı, amma razılaşmadım” deyə müəllif yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4812
avatar

Oxşar yazılar