Rüşvət alan tabor komandiri həbs olundu
22 may 2024 11:56 (UTC +04:00)

Rüşvət alan tabor komandiri həbs olundu

Müdafiə Nazirliyinin hərbi-hissəsinin rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən sabiq tabor komandiri Elnur Əliyev həbs edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasən, istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Hökmdə, həmçinin ittiham olunduğu mənimsəmə epizodu üzrə ona cəza təyin edilməyib. Həmin hissə hökmdən xaric edilib.

Qeyd edək ki, Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4320
avatar

Oxşar yazılar