2024-cü ildə yay tətili üçün ən populyar 10 yer
22 may 2024 09:35 (UTC +04:00)

2024-cü ildə yay tətili üçün ən populyar 10 yer

Artıq yaya sayılı günlər qalıb. Hər kəs yay tətilini harada və necə keçirəcəyi barədə düşünür. 

Lent.az “Tripadvisor” portalında keçirilən sorğuya əsasən bu il yay tətili üçün ən populyar 10 yeri təqdim edir: 

Maunabo, Porto Riko

Porto Rikonun cənub-şərqindəki Karib dənizi sahilləri meşəli dağlarla birləşdikdə yaranan gözəl mənzərə turistləri həmişə valeh edir. Burada turistlər Punta Tuna Bataqlıq Qoruğunda təbiətə qərq ola və 1892-ci ildə ispanlar tərəfindən tikilmiş Punta Tuna Mayakını ziyarət edə bilərlər.

Porto Riko, İspaniya

İspaniyanın Qran Kanariya adasında yerləşən Puerto Riko, çimərlikləri və mənzərəli otelləri ilə turistləri cəlb edir. Amma uşaqların marağını çəkən əsas şey “Angry Birds” temalı əyləncə parkıdır.

Playa Avellana, Kosta Rika

Sörf etməyi sevənlər üçün bura ideal yerlərdir. Ancaq təcrübəsi olmayan, yeni başlayanlar Tamarindoda yaxınlıqdakı daha yumşaq dalğalarda öyrənə bilərlər.

Kusko, Peru

Kusko Maçu Picchu, Müqəddəs Vadi və Göy qurşağı dağını ziyarət etmək üçün başlanğıc nöqtəsidir. Eyni zamanda buralar tarixi plazaları, bazarları və muzeyləri ilə səyahətçiləri ovsunlayır.

İru Fuşi, Maldiv adaları

İru Fuşi "günəşli ada" kimi tərcümə olunur. Bura yumşaq qumun və su üstündə villaları və 14 restoran, barı olan dəbdəbəli “Sun Siyam Iru Fushi Resort” yerləşir.

Saint John, ABŞ Virgin Adaları

Saint John ABŞ-ın Virgin adalarının ən kiçiyi hesab olunur. Bura həmçinin 2024-cü ildə dünyanın ən yaxşı çimərliyi seçilən Trunk Bayın evidir.

Aguas Calientes, Peru

Səyahətçilər Aquas Calientesə qatarla gəlməyə üstünlük verir və əksəriyyəti bura Maçu Pikçunu ziyarət etmək üçün gəlir. Həmçinin, şəhər həm də isti bulaqları ilə məşhurdur.

Male, Maldiv adaları

Maldiv adalarının böyük bir hissəsi sizə adanın sahibi olduğunuzu hiss etdirsə də, Male Milli Muzeyin məskəni, onu Hulhule adasına birləşdirən körpü və mərcan daşından tikilmiş Köhnə Cümə məscidinə ev sahibliyi edən bir paytaxtdır.  

Fasmendhoo, Maldiv adaları

Raa Atollda kiçik bir ada olan Fasmendhuda yerləşən “Emerald Maldives Resort & Spa”ya dəniz təyyarəsi ilı gedilir. 114 villadan ibarət kurortda dalğıc mərkəzi, toy kilsəsi, spa, uşaq klubu və s. kimi yerlər yerləşir. 

Andros, Baham adaları

Baham adalarının ən böyük adası olsa da, Andros çox uzaqda yerləşir. Ziyarətçilər buraya əla dalğıc və dərin dəniz balıqçılığı üçün gəlirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4464
avatar

Sevinc Fərid

Oxşar yazılar