İt sahibini niyə yalayır? – 3 SƏBƏB
22 may 2024 11:58 (UTC +04:00)

İt sahibini niyə yalayır? – 3 SƏBƏB

Bir çox itlər sahiblərini yalayırlar. Bu çoxlarının xoşuna gəlir. İnsanlar düşünürlər ki, bu yolla onlar sevgi və məhəbbət göstərirlər. Bəs, itlərin bu davranışı həqiqətən buna görədirmi?

Lent.az bu vərdişin səbəbini təqdim edir: 

Kömək istəyir

Əgər itiniz birdən-birə sizi yalamağa başlayırsa, bu onun sevgi göstərməsi mənasını vermir. Bəlkə də o nədənsə qorxur. Dördayaqlı dostunuz bəlkə də xəstələnib. Bu da bir ehtimaldır. Bunun üçün onun hərəkətlərinə diqqət etmək lazımdır. Belə bir vəziyyətdə "yalama" bir növ kömək siqnalı kimi çıxış edə bilər.

Oynamaq istəyir

Ola bilsin ki, itiniz sadəcə sizinlə oynamaq istəyir. Bunun doğru olub olmadığını yoxlamaq üçün ona sevimli oyuncaqlarını verin. Bundan sonra dördayaqlı dostunuz sizi yalamağı dayandırsa, onda hər şey aydın olacaq.

Sevgi göstərir

Belə halda itin sahibinə bağlılığını unutmamalıyıq. Bəlkə də itiniz sadəcə olaraq sizə yaxın olmaq və “sizi sevdiyini”demək istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Sevinc Fərid

Oxşar yazılar