Düzgün qidalanma sağlamlığı qorumağa və bədəni zərərli maddələrdən təmizləməyə kömək edir.
Lent.az xəbər verir ki, dietoloq Marqarita Koroleva prosesə fayda verəcək bir tərəvəzin adını çəkib.
Onun sözlərinə görə, istənilən çeşid kələm hər kəsin pəhrizində olmalıdır. Kələmin tərkibində kükürd var ki, bu da orqanizmdə antioksidant olan qlutatyonun səviyyəsini saxlayır. Eyni zamanda qaraciyərin normal fəaliyyətinə və orqanizmin vaxtında detoksifikasiyasına cavabdehdir.
Dietoloq sənaye şəhərlərində və ya ağır metal duzlarının yüksək konsentrasiyası olan yerlərdə yaşayan insanlara bu məhsulu daha tez-tez yeməyi tövsiyə edib.