İran prezidenti İbrahim Rəisi
21 may 2024 20:15 (UTC +04:00)

İran prezidenti İbrahim Rəisi

Mindən çox siyasi məhbusu edam etdirən Rəisi haqda İLGİNC FAKTLAR

Mayın 19-da İran mediası prezident İbrahim Rəisini daşıyan helikopterin “sərt eniş” etdiyini və sonradan onun öldüyü barədə məlumat yayıb.

Lent.az-ın xarici meiaya istinadla xəbərinə görə, məlumdur ki, 63 yaşlı Rəisi 2021-ci ildə İran prezidenti olub. O vaxtdan bəri o, əxlaq qanunlarını sərtləşdirib, hökumət əleyhinə etirazları yatırıb və dünya gücləri ilə nüvə danışıqlarında fəal iştirak edib.

Rəisi 1988-ci ildə İran-İraq müharibəsinin sonunda minlərlə siyasi məhbusun kütləvi edamında iştirak etdiyinə görə ABŞ sanksiyaları altında idi. Həmçinin onun rəhbərliyi altında İran uranı silah səviyyəsinə yaxın zənginləşdirir və beynəlxalq yoxlamalara mane olurdu.

“Sky News” qeyd edir ki, İran Ukraynaya qarşı müharibədə Rusiyanı silahlandırıb və Qəzza zolağında HƏMAS terrorçuları ilə münaqişə zamanı İsrailə iri pilotsuz təyyarələrlə raket zərbələri endirib. İran həmçinin Yəməndəki Husi üsyançıları və Livan “Hizbullah”ı kimi Yaxın Şərqdəki qruplaşmalara silah verməkdə davam edir.

Gücün ruhani qurum və hökumət arasında bölündüyü İranın ikili siyasi sistemində əsas siyasət məsələlərində son sözü prezident deyil, ali lider deyir. Bununla birlikdə, bir çoxları Rəisini siyasətini qətiyyətlə dəstəkləyən 85 yaşlı ali lider ayətullah əli Xameneiyi əvəz etmək üçün güclü bir namizəd hesab edirdi.

Nəşrin jurnalistləri qeyd edirlər ki, prezident, ümumiyyətlə, populyar olmasa da, İranın siyasi və dini cəmiyyətində mühüm rol oynayır. Nəşr həmçinin bildirib ki, etirazçılar Rəisi ali lider olmaq üçün iki favoritdən biri sayılsa da, hökumətin “sərt mövqeyini” tənqid ediblər.

Rəisi İranın Yaxın Şərqdəki fəaliyyətində mühüm rol oynayırdı.

Yazıda o da qeyd olunur ki, Rəisi 1979-cu il İslam İnqilabının fəal iştirakçısı olub. 

Belə ki, o, 1988-ci ildə baş prokurorun müavini işləyərkən 1000-dən çox siyasi məhbusun öldürüldüyü kütləvi edamlarda iştirak edib. BMT onu insanlığa qarşı cinayətlərdə ittiham edib. Onun prezidentliyə yüksəlişindən sonra İranda etirazlar daha da güclənib və etirazlar sərt üsullarla yatırılırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9972
avatar

Oxşar yazılar