Restoranda qardaşları bıçaqlayan HAKİM QARŞISINDA
08 aprel 2026 16:56 (UTC +04:00)

Restoranda qardaşları bıçaqlayan HAKİM QARŞISINDA

0

Bakı Ağır Cinayətlər Məhkəməsində restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, akim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib. 

Təqsirləndirilən Namiq Şirinli ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini deyib.

Növbəti proses mayın 5-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 25-də Bakının Sabunçu rayonunda yerləşən "Okean" restoranında baş verib. Namiq Şirinli Qazıyev Babək və Qazıyev Asəfin oturduğu masaya yaxınlaşaraq pul tələb edib. Onlar pul verməkdən imtina etdikdə Namiq qardaşlarla uca səslə mübahisə edərək, ünvanlarına nalayiq ifadələr işlədib. N. Şirinli daha sonra cibindən çıxardığı bıçaqla Qazıyev Babək və Qazıyev Asəfin qarın nahiyələrinə zərbə vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Namiq Şirinli Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar