"Ərin sənə sarı saçlı qadınla xəyanət edir" deyib pullarını aldı - "Onlayn Falçı" saxlanıldı
22 may 2024 11:25 (UTC +04:00)

"Ərin sənə sarı saçlı qadınla xəyanət edir" deyib pullarını aldı - "Onlayn Falçı" saxlanıldı

Sumqayıt şəhər sakini olan bir qadın sosial şəbəkələrdə “fala baxdırma, “bəxt açma” kimi kiberdələduzlar tərəfindən idarə olunan səhifələrdən birinə müraciət edərək ərininin ona xəyanət edib-etmədiyini öyrənmək isdədiyini bildirib.

Lent.az-ın əldə etdiyi məlumata görə, xanımda maraq oyatmaq üçün dələduzlar ona “bəli” əriniz sizə “sarı” saçlı bir qadınla xəyanət edir deyiblər.

Daha sonra dələduzlar qadına "əgər onun kimliyini öyrənmək istəyirsizsə ödəniş etməlisiniz" mesajını göndəriblər.

Qadının bank kartının məlumatlarını bu yolla əldə edən dələduzlar onun kartından 400 manat pulu ələ keçirib daha sonra “bloka” atıblar.

Bankdan "balansınızdan 400 manat çıxıldı" mesajı gələndə isə artıq gec olub.

Çarəni polisə müraciət etməkdə görən qadının şikayəti dərhal araşdırılıb.

Polis əməkdaşları tərəfindən onlayn falçılıqla məşğul olan artıq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5034
avatar

Oxşar yazılar