Şəmkirdəki güllələnmənin təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyən olunub. O, müvafiq səndələri olan odlu silahla saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, saxlanılan şəxs güllələnən Mais Ələkbərovun qohumudur.
***
13:07
Şəmkirdə güllələnmə hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Ağlavaşlı kəndində qeydə alınıb.
Kənd sakini olan 46 yaşlı Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verməsi məlim deyil.