Arvadını və 3 uşağını öldürən 35 yaşlı kişi tutulub. Lent.az-ın məlumatına görə, hadisə Rusiyanın Artem Primorsk vilayətində baş verib. Belə ki, noyabrın 5-də evdə baş vermiş yanğından sonra evdən 34 yaşlı qadın və 2, 8 və 13 yaşlı uşaqların meyiti tapılıb. 13 və 8 yaşındakı uşaqların meyitində zorakılıq əlamətləri aşkarlanıb.
Saxlanılan ailə başçısı ailə üzvlərini öldürdüyünü etiraf edib. O bildirib ki, arvadı və 3 azyaşlı uşağını öldürdükdən evi yandırıb. Daha sonra isə intihar etməyi düşünürmüş.