Siyəzəndə itkin düşmüş 11 yaşlı uşağın meyit sudan çıxarılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Samur-Abşeron kanalında batan 2003-cü il təvəllüdlü Zahidov Elvin Famil oğlunun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.