
Şirvanda avtomobilin vurduğu piyadalardan ikincisi də dünyasını dəyişdi
Şirvanda avtomobilin vurduğu piyadalardan ikincisi də dünyasını dəyişib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, mayın 29-da gecə saatlarında Şirvan sakinləri – 1978-ci il təvəllüdlü Çikunov Dmitri Viktoroviç və 1970-ci il təvəllüdlü Xalid Məmmədov yolu keçmək istəyərkən onları 18-BA-887 qeydiyyat nişanlı "QAZ-31" markalı minik maşını vurub.
Nəticədə ağır xəsarət alan hər iki piyada təcili tibbi yardım maşını ilə Şirvan şəhər Xəstəxanasına çatdırılıb. D.Çikunov mayın 30-da səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Yaralanan piyadalardan ikincisinin vəziyyəti ağır olduğundan Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib və orada özünə gəlmədən iyunun 1-də səhər saatlarında dünyasını dəyişib.
Oxşar yazılar

20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10