Şimali Koreya 500-ə yaxın türk əsgərinin nəşini geri qaytarmaq üçün danışıqlara başlayıb.
Lent.az milliyet.com.tr-yə istinadla bildirir ki, Şimali Koreya ilə ABŞ arasında baş tutan zirvə görüşünün ardınca Pxenyan 1950-53-cü illər müharibəsində həlak olan müttəfiq qoşunların əsgərlərinin nəşini və sağ qalan əsirləri ölkələrinə geri qaytarmaq haqqında razılığa gəlib. Onların arasında 500-ə yaxın türk əsgərinin olduğu bildirilib.
Bundan başqa, razılaşmaya görə itkin düşmüş, ölüm cəzasına məhkum edilmiş hərbi əsirlərin nəşləri də ölkələrinə geri qaytarılacaq.
Qeyd edək ki, 1950-53-cü illər Koreya müharibəsində müttəfiq qoşunları tərəfindən 2500 nəfərlik türk taboru NATO kontingenti tərkibində döyüşlərdə iştirak edib. Onlardan 500-nün həyatı haqqında indiyədək məlumat yoxdur.