GÜNÜN ŞƏRHİ
Emosiyalar dövrü bitdi, artıq gerçək siyasətlə məşğul olmaq olar. Siyasət emosiyanı sevmir, qlobal sistemdə iqtisadi münasibətlər çox şeyi həll edir. Türkiyə Rusiya prezidenti “soyqırımı” ifadəsi işlətdi deyə, bu ölkə ilə birgə layihələri dayandırmayacaq, Rusiya da Ermənistana görə Türkiyə kimi gerçək strateji müttəfiqi itirmək istəməyəcək. “Türk axını” layihəsinin həyata keçirilməsində hər iki ölkə maraqlıdır, Mərsindəki Akkuyu atom-elektrik stansiyasının inşasında Türkiyə qədər tikinti işlərini öz üzərinə götürmüş Rusiya da maraqlıdır. Rusiyanın düşdüyü nisbi blokadadan çıxış yolu Qərbə qarşı koalisiyanı genişləndirmək, Avropanı enerji təchizatı baxımından daha asılı vəziyyətə salmaqdır. Bu kontekstdə Ankaranın Moskvaya verdiyi dəstək əvəzsizdir. Kreml indiki situasiyada Türkiyə kimi bir müttəfiqi itirmək istəməz. Bu oyun böyük taxtada və fiqurlarla oynanır, oyunçular piyadanı qorumaq üçün fiquru qurban vermək istəməzlər. Yəni, supergüclər Ermənistana görə Türkiyə ilə münasibəti korlamaq istəməz. Bu prizmadan baxdıqda Peskovun açıqlamasını anlamaq çətin deyil.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Aprel
161