BAŞSAĞLIĞI
Bu gün millət olaraq bir faciə yaşadıq. Çoxmərtəbəli binada baş verən yanğın 14 soydaşımızın həyatına son qoydu. 14 insan səhlənkarlığın, məsuliyyətsizliyin qurbanı oldu. Fani dünyanın sevincini, kədərini yaşamağa macal tapmamış dünyasını dəyişən 5 azyaşlının ruhu hələ uzun müddət sakitlik tapmayacaq, yanğında övladlarını itirmiş valideynlərin qəlbinə çəkilən dağ hələ uzun müddət sızlayacaq. Onların tək bir təskinliyi var, bu dərd təkcə onların dərdi deyil. Bu faciəni təkcə yanğının qurbanı olan insanların doğmaları, qohumları, yaxınları yaşamadı, millət olaraq birlikdə yaşadıq bu dərdi. Yanğında xəsarət alan 50 soydaşımıza şəfa diləyir, vəfat edənlərin yaxınlarına səbir diləyirik. APA TV yanğında dünyasını dəyişmiş soydaşlarımıza Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 May
94