Sərxoş vəziyyətdə arvadını və qayınanasını döydü
28 avqust 2017 12:17 (UTC +04:00)

Sərxoş vəziyyətdə arvadını və qayınanasını döydü

Gəncə sakini ailə üzvlərini döyüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 26-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Babayev evində münaqişə zəminində arvadı Zülaləni və qayınanası Mətanət Həsənovanı döyüb. Daha sonra o, evinin qarşısında dayanmış – Tərtər rayon sakini Nizami Əliyevə məxsus “Ford” markalı avtomobilin ön hissəsini əzib, sonradan həmin nəqliyyat vasitəsini qaçıraraq Sadıllı qəsəbəsi ərazisində saxlayıb gedib.

 

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev tutulub və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134
avatar

Oxşar yazılar