Şəmkirdə yardımçı tikili yandı
24 oktyabr 2014 00:46 (UTC +04:00)

Şəmkirdə yardımçı tikili yandı

0

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Zəyəm qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan yardımçı tikilinin yanar konstrusksiyaları və içərisində olan təsərrüfat əşyaları yanıb.

 

Yanğın  zamanı köməkçi  tikilinin içərisində olan  iki ədəd məişət qaz  balonu   çıxarılıb  və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 643

Oxşar yazılar