Şəmkirdə 24 yaşlı qızı qonşuları döydü
04 mart 2016 00:12 (UTC +04:00)

Şəmkirdə 24 yaşlı qızı qonşuları döydü

Şəmkirdə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini, 1992-ci il təvəllüdlü Aysel Məmmədova qarının küt travması və hər iki biləyinin xəsarəti əlamətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin  normal olduğu bildirilir. Qızın yaxınları bildirib ki, o qonşuluqda yaşayan bir neçə nəfər tərəfindən döyülüb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294

Oxşar yazılar