Şəmkir sakinlərindən külli miqdarda narkotik vasitə aşkarlandı
0
0
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan V.Mədətovdan narkotik vasitə olan heroin götürülüb.
Polis əməkdaşları tərəfindən onun həmyerlisi Ə.Hüseynovla birgə kultivasiya yolu ilə 3 ədəd çətənə kolu yetişdirməsi müəyyən edilmişdir. Görülmüş tədbirlərlə Ə.Hüseynov da saxlanılmışdır.
Həmçinin V.Mədətova narkotik vasitəni satmaqda şübhəli bilinən E.Əliyev də müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə çəkisi 2,6 kiloqrama yaxın marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 153 dədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.
0
0