Şəkidə yeniyetmə at arabasından yıxılaraq ağır xəsarət aldı
27 may 2019 22:32 (UTC +04:00)

Şəkidə yeniyetmə at arabasından yıxılaraq ağır xəsarət aldı

0
Şəkidə 13 yaşlı yeniyetmə at arabasından yıxılaraq ağır xəsarət alıb.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Babaratma kənd sakini, 2006-cı il təvəllüdlü Eldar Niyaməddin oğlu Salamov hər iki ayağın baldır sümüyünün yerdəyişən qapalı sınığı xəsarətləri ilə Şəki Rayon Mərkəzi
Xəstəxanasına daxil olub.
 
Tibb müəssəsindən ONA-ya bildirilib ki, 13 yaşlı E.Salamov at arabasından yıxılaraq xəsarət alıb. E.Salamovun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1588

Oxşar yazılar