Şəkidə canavarlar mal-qaraya hücum edib - YENİLƏNİB
09 noyabr 2013 10:45 (UTC +04:00)

Şəkidə canavarlar mal-qaraya hücum edib - YENİLƏNİB

Şəkidə canavarlar mal-qaranı parçalayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayonu Daşüz kənd sakinləri məlumat verib.

 

Sakinlərin sözlərinə görə, dünən axşam saatlarında Şəkinin Daşüz kəndində otlaq sahəsindən  evə qayıdan  mal-qaraya canavarlar hücum edərək iki baş inəyi parçalayıb. Onların dediyinə görə, son iki ay ərzində azğınlaşmış canavarların mal-qaraya hücumunun intensivləşməsi səbəbindən kənd sakinlərinə məxsuz 10 baş iribuynuzlu və 10 başdan yuxarı xırdabuynuzlu tələf olub.

 

Şəki şəhər İcra Hakimiyyətinin  Daşüz Kənd İcra Nümayəndəsinin müavini Rövşən MəmmədovAPA-ya mövcud faktı təsdiqləyib və bu hadisəyə görə əlaqədar təşkilatlara müraciətlər olunacağı bildirib. Onun sözlərinə görə, dağlıq ərazidə belə halların baş verməsinin əsas səbəblərindən biri də kənd əhalisinin mal-qaranı səllim şəkildə buraxmasıdır, xüsusən də axşam saatlarında heyvanların küçələrdən vaxtında yığışdırılmamasıdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370
avatar

Oxşar yazılar