Şəki sakinindən silah-sursat götürülüb
23 iyul 2018 12:44 (UTC +04:00)

Şəki sakinindən silah-sursat götürülüb

Şəki sakinindən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 5-də Şəki şəhər sakini Şahin Əlibalayevin münaqişə zəminində qonşusu Azər İbrahimovun evinin giriş qapısına tüfəngdən atəş açması barədə iyulun 21-də Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əlibalayevin evindən müvafiq sənədləri olan “Vinçester” tipli tüfəng, 6 ədəd patron və 1 ədəd süngübıçaq aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar