Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi element Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 12:25-də başa çatıb.
Oxşar hadisə günorta saatlarında Xətai rayonunda da qeydə alınıb. Mənzildə termometrin sınması nəticəsində ətrafa dağılmış civə mütəxəssisləri tərəfindən təmizlənib.