Saxlanılan şəhər sakinindən heroin aşkarlandı
03 may 2019 11:21 (UTC +04:00)

Saxlanılan şəhər sakinindən heroin aşkarlandı

0
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat tədbiri keçiriblər.
 
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilmişdir.
 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 401qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.
 
Faktla bağlı cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 889

Oxşar yazılar