Samuxda qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Samux şəhər sakini Sirac Abbaszadə münaqişə zəminində qohumu Zabit Xəlilova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Z.Xəlilov ölüb.
Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Abbaszadə tutulub.