Samux və Sumqayıtda ev yanıb
09 noyabr 2014 05:44 (UTC +04:00)

Samux və Sumqayıtda ev yanıb

0

Samux və Sumqayıtda ötən gecə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Samux rayonu, Kolayır kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın olub. Nəticədə evin 1 otağının tavanı  32 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evdə yanğın olub. Nəticədə evin yanar konstruksiyaları və 30 kv.m sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 800

Oxşar yazılar