Şamaxıda 5 yaşlı uşaq dərman atarkən boğulub
05 noyabr 2013 12:52 (UTC +04:00)

Şamaxıda 5 yaşlı uşaq dərman atarkən boğulub

Şamaxı rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.


 

APA-nın məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

 

Kənd sakini, 2008-ci il təvəllüdlü Nəhmətov Nizam İntiqam oğlu xəstələndiyi üçün dərman qəbul etmək istəyib. Lakin həb uşağın nəfəs borusuna düşüb və o, boğularaq ölüb.

 

Faktla bağlı araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755
avatar

Oxşar yazılar