Şadlıq sarayında qonağın telefonunu oğurlayan ofisiant tutulub
25 oktyabr 2014 17:44 (UTC +04:00)

Şadlıq sarayında qonağın telefonunu oğurlayan ofisiant tutulub

 

Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları oğurluqda təqsirli bilinən Ağsu rayon sakini, 1992-ci il təvəllüdlü Abbasov Sadiq Sadığ oğlunu saxlayıblar. APA TV-nin xəbərinə görə, onun saxlanmasına səbəb Bəşirzadə Ayan Rüstəm qızının polisə müraciəti olub. Müraciətdə bildirilib ki, Bakıdakı şadlıq saraylarının birində toy mərasimində telefonu oğrlanıb. 

 

İstintaqla müəyyən edilib ki, Abbasov 2 gün əvvəl restorana ofisant kimi işə düzəlib. Oğurluğu törədəndən sonra özünü narahat hiss etdiyini deyərək, restorandan ayrılıb: "Diskoteka gedirdi, telefonu masada gördüm, götürdüm".

 

Abşeron RPİ-nin əməkdaşları isə narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Biləcəri qəsəbə sakini Mustafayev İsrafil Vaqif oğlunu həbs ediblər. 2 ildən çoxdur, narkotik istifadə edən Vaqıf  saxlanılmasının səbəbini belə izah edib: "Tanımadığım bir şəxsdən öz istifadəm ücün almışam. Yasamalda görüşdük, 150 manat verib götürdüm".

 

Hər iki faktla bağlı cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286
avatar

Oxşar yazılar