APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün İnterpola müraciət edib.
Qeyd edək ki, E. Nəzərov Çexiyada fəaliyyət göstərən “Azər-Çex” cəmiyyətinin sədri, sabiq baş nazir Sürət Hüseynovun köməkçisi olmuş Saday Nəzərovun oğludur.