İyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini Hacıağa Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini Mircəlal Süleymanov saxlanılıb.
Faktla bağlı cinayət işləri başlanılıb. İstintaq aparılır.