Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər azyaşlı fərdi yaşayış evinə yaxın olan ərazidə yerləşən, qoruyucu hasarı 2 metr, diametri 8-10 metr, dərinliyi 7-8 metr və daxilində 3-4 metr çirkab suyu olan köhnə neft tullantısı quyusuna düşüb.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən azyaşlının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.