APA-nın Mil-Muğan bürosuna Sabirabad polis şöbəsindən verilən məlumata görə, “Xaş-xaş 2014” tədbirlər planına uyğun olaraq Sabirabad rayon polis şöbəsinin iyulun 4-də keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı rayonun Qalağayın kənd sakini, 1978-ci il təvəllüdlü Salmanov Samir İbrahim oğluna məxsus həyətyanı sahədən 40 ədəd əkilib becərilməsi qadağan olunan narkotik tərkibli çətənə kolu və 80 ədəd kibrit qutularına doldurularaq qurudulmuş marixuana narkotik vasitəsi aşkar olunaraq götürülüb.
İstintaq müəyyən edib ki, Samir Salmanov çətənə kollarını həyətində yaşayış üçün nəzərdə tutulan tikilinin içərisində, divarların əhatəsində gizli şəkildə əkib-becərib və onlara aqrotexniki qaydada qulluq göstərib.
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.