Saatlı rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Qara Nuru kəndində (rayon mərkəzindən 27 km aralı) ümumi sahəsi 16 kv.m olan köməkçı tikilinin tavanı, yaxınlıqda olan 2 ədəd elektrik dirəyi və gücü 530 kVt olan transformatorun yağ radiatoru yanıb.
Transformatorun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.