Bakıda orta məktəbdə baş verən yanğın 12 kvadratmetr ərazini əhatə edib.
APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib. R. Xudiyev qeyd edib ki, yanğınla bağlı “101” xidmətinə 09.53-də məlumat daxil olub. 3 dəqiqədən sonra hadisə yerinə Bakı qarnizonunun qüvvə və 8 yanğınsöndürən maşını cəlb edilib. Yanğın 10.06-da söndürülüb.
R. Xudiyev həmçinin bildirib ki, yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 50 şagirdi təxliyə edib, digər şagirdlər və müəllimlər isə məktəbin digər əməkdaşları tərəfindən təxliyə olunublar.
Yanğının baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.