Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikası istiqamətindən daxil olan Azərbaycan vətəndaşı Tural İsmayılovun idarə etdiyi “Volksvagen Crafter” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Baxış zamanı maşının kabinəsində 3, yük yerində isə 2 ədəd idman çantasında 105 ədəd rulonda, ümumi sayı 525000 ədəd olan Rusiya Federasiyasının aksiz markaları aşkar edilib.