Moskvadan sonra Rusiyanın digər regionlarındakı bazarlarda çalışan miqrantların saxlanılmasına başlanılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polis və Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşları yoxlamalar zamanı Sankt-Peterburqun Kalininsk rayonundakı bazarda 300-dən artıq, Permin Zaostrovka mikrorayonundakı bazarda isə 413 əmək miqrantı saxlayıb.
Tümendə iki böyük bazarda və iki yeni tikilən obyektdə yoxlamalar zamanı saxlanılanların sayı isə 800 nəfəri keçib. Saratovda 170, Samara 200, Çelyabinskdə 200-dən çox, Kemerevoda 311 miqrant saxlanılıb.