Yol polisi maşının təkərlərini güllələdi
30 oktyabr 2014 15:33 (UTC +04:00)

Yol polisi maşının təkərlərini güllələdi

0

Rusiyada azərbaycanlılardan ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib. Lent.az-ın modern.az-a istinadən məlumatına görə, Puşkin şəhərində 3 nəfər azərbaycanlıdan ibarət mütəşəkkil cinayətkar dəstə polisdən qaçmağa cəhd göstərib. Həmin şəxslərin olduğu maşın yol polisi tərəfindən saxlanılan zaman onlar qəfildən avtomobili işə salaraq ərazidən uzaqlaşmağa cəhd ediblər. Polis əməkdaşları tabel silahından istifadə edərək maşının təkərlərinə atəş açıb. Hər 3 şəxs həbs edilib. Polisin rəsmi məlumatına görə, saxlanılan şəxslər 28 ilə 31 yaş arası Azərbaycan vətəndaşlarıdır.

Tutulan şəxslərdən birinin soyadının Əliyev olması dəqiqləşib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1879

Oxşar yazılar